QafqazNews Demokrat.az-a istinadən xəbər verir ki, mozzarella ilə hazırlanan kotletlərin içində qızartma zamanı əriyən pendir yumşaq içlik yaradır. Yemək gündəlik istifadə olunan ərzaqlarla hazırlanır və çox vaxt aparmır.
Resept üçün 500 qram donuz və ya donuz-mal əti qiyməsi, 10 kiçik mozzarella kürəsi, bir qırmızı soğan, bir yumurta, bir kiçik bulka, bulkanı islatmaq üçün süd və ya su, zövqə görə duz və qara istiot, suxarı və qızartmaq üçün bitki yağı lazımdır.
Əvvəlcə bulkani süd və ya suya qoyub isladın, sonra artıq mayesini sıxın. Soğanı xırda doğrayıb qiyməyə əlavə edin. Yumurtanı və isladılmış bulkani da qarışığa qatın, duz və istiot vurub ərzaqları eynicinsli kütlə alınanadək qarışdırın.
Mozzarellanın suyunu süzüb kürələri kağız dəsmalla qurulayın. Əlləri azca isladın, qiymədən götürüb yastılayın və ortasına bir pendir kürəsi qoyun. Pendir qiymənin içində tam örtüləcək şəkildə kotletə forma verin. Bu qaydaya əməl edilməzsə, mozzarella qızararkən kotletdən axa bilər.
Kotletləri suxarıya buladıqdan sonra əvvəlcədən qızdırılmış bitki yağında orta odda bişirin. Hər tərəfini təxminən 5-7 dəqiqə qızardın. Üzəri qızılı rəng alan, içi tam bişən kotletləri tavadan götürün.
Artıq yağın hopması üçün kotletləri kağız dəsmalın üzərinə düzün və isti halda süfrəyə verin. Əriyən mozzarella yeməyin içində yumşaq, uzanan içlik əmələ gətirir.