QafqazNews DHA-a istinadən xəbər verir ki, Türkiyənin vitse-prezidenti Cevdet Yılmaz, Özbəkistanın paytaxtı Daşqənddə keçirilən Türkiyə-Özbəkistan İş Dünyasının Dəstəklənməsinə Dair Yüksək Düzeyli Şura toplantısına qatılıb.

Yılmaz öz sosial media hesabında verdiyi açıqlamada toplantının Özbəkistan Prezidenti Şavkat Mirziyoyevin iştirakı ilə keçirildiyini və Şuranın birgə sədri kimi Özbəkistan Prezident Administrasiyasının rəhbəri Saida Mirziyoyeva ilə birgə işi yürüdüklərini bildirib.

O, Şuranın qısa müddətli hədəfinin ticarət həcmini 5 milyard dollara, orta müddətli hədəfinin isə 10 milyard dollara çatdırmaq olduğunu, həmçinin qarşılıqlı sərmayələri artırmağı, işgüzar əlaqələri gücləndirməyi və ortaq inkişaf layihələrinə təkan verməyi nəzərdə tutduqlarını vurğulayıb.

Yılmaz köklü qardaşlıq əlaqələrini konkret iqtisadi uğurlara çevirməyi hədəflədiklərini, bu mühüm mexanizmin hər iki ölkə və iş dünyası üçün faydalı olmasını arzuladığını və toplantıya qatılanlara, o cümlədən Prezident Şavkat Mirziyoyevə və Şura birgə sədri Saida Mirziyoyevaya təşəkkürünü bildirib.