QafqazNews Yenisabah.az-a istinadən xəbər verir ki, Azərbaycanın ATƏT-ə sədrlik üçün namizədliyinin müzakirəyə çıxarılması təklif olunub. Bu barədə xarici işlər naziri Ceyhun Bayramov Bakıda estoniyalı həmkarı Marqus Tsahkna ilə keçirdiyi brifinqdə danışıb.
Nazirin sözlərinə görə, İsveçrənin ATƏT-ə sədrliyi dekabrın 31-də başa çatır. O bildirib ki, bir ildən çoxdur davam edən müzakirələrdə müxtəlif təkliflər nəzərdən keçirilir, lakin təşkilatın bütün üzvləri üçün qəbul edilə biləcək namizəd irəli sürmək mümkün olmayıb.
Bayramov qeyd edib ki, Azərbaycan indiyədək məqbul namizədə dəstək verməyə hazır olub. Onun sözlərinə görə, son həftələrdə müzakirələr daha intensiv xarakter alıb.