QafqazNews Nocomment.az-a istinadən xəbər verir ki, deputat Ceyhun Məmmədov gənclərin ailə qurmağa marağının azalmasından narahatlığını ifadə edib.

O, bu fikirləri Milli Məclisin Aqrar siyasət, Ailə, qadın və uşaq məsələləri, Elm və təhsil komitələrinin birgə iclasında “Azərbaycan Respublikasının 2027-ci il dövlət büdcəsi haqqında” qanun layihəsinin müzakirəsi zamanı səsləndirib.

Məmmədovun sözlərinə görə, son dövrdə bu sahədə narahatedici proseslər müşahidə olunur. Deputat boşanmaların artmasının qarşısını almaq və gəncləri ailə qurmağa həvəsləndirmək üçün gənc ailələrə əlavə dəstək verilməsinin vacib olduğunu bildirib.