QafqazNews Yenisabah.az-a istinadən xəbər verir ki, “Arsenal”ın baş məşqçisi Mikel Arteta “Borussiya Dortmund”la qarşılaşmadan əvvəl keçirilən mətbuat konfransında gözlənilməz addım atıb.

Jurnalistlərdən birinin telefonuna zəng gəldiyini görən ispaniyalı mütəxəssis cihazı götürərək zəngə özü cavab verib.

Arteta telefonun digər ucundakı şəxsə “Salam, dostum!” deyib, sonra isə ondan necə olduğunu soruşub.

Qeyri-adi dialoq zalda gülüş doğurub və vacib oyun ərəfəsində yaranan gərginliyi azaldıb.