QafqazNews Nocomment.az-a istinadən xəbər verir ki, “Barselona” UEFA Çempionlar Liqasının liqa mərhələsində “Sabah”la qarşılaşmasından əvvəl Bakıya səfərini əks etdirən video yayımlayıb.

Klubun rəsmi YouTube kanalında yerləşdirilən kadrlarda komandanın Barselonadan yola düşdüyü, təyyarədə keçirdiyi vaxt və futbolçuların Bakıya gəlişi yer alıb.

“Barselona” noyabrın 25-də Bakı Olimpiya Stadionunda “Sabah”la oynayacaq. Matç saat 21:45-də start götürəcək.