QafqazNews Nocomment.az-a istinadən xəbər verir ki, “Qarabağ” keçmiş futbolçusu Julio Romaonu yenidən heyətinə cəlb etməyi nəzərdən keçirir.
Ağdam təmsilçisi hazırda Rusiyanın “Axmat” klubunda çıxış edən braziliyalı dayaq yarımmüdafiəçisini qış transfer pəncərəsində icarəyə götürmək istəyir. Bununla belə, keçidin baş tutması ilə bağlı tərəflər arasında razılıq əldə olunub-olunmayacağı bəlli deyil.
28 yaşlı Romaonun Qroznı klubuyla müqaviləsi 2028/29 mövsümünün sonunadək qüvvədədir. O, 2022–2025-ci illərdə “Qarabağ”da çıxış edib.