QafqazNews Oxu.az-a istinadən xəbər verir ki, Azərbaycan futbolçusu Murad Məmmədov Kiprin “Pafos” klubunun UEFA Konfrans Liqası üçün iştirak ərizəsinə daxil edilib. Buna komandanın kamerunlu vingeri Mumi Nqamaleunun ağır zədə alması səbəb olub.

Əməliyyat keçirən Nqamaleunun dörd-beş ay müddətində yaşıl meydanlardan uzaq qalacağı gözlənilir. “Pafos”un məşqçilər korpusu UEFA qaydalarına əsasən zədələnmiş futbolçunun yerinə Murad Məmmədovu sifariş edib.

“Pafos” noyabrın 26-da Konfrans Liqasının əsas mərhələsinin IV turunda Danimarkanın “Midtyulland” klubunu qəbul edəcək.