QafqazNews Oxu.az-a istinadən xəbər verir ki, İsrail dövləti “Qalatasaray” futbol klubu ilə bağlı UEFA-ya rəsmi şikayət verib. Bu barədə İstanbul klubunun prezidenti Dursun Özbek məlumat yayıb.

Klub rəhbəri bildirib ki, Fələstinə dəstək plakatları nümayiş etdirən “sarı-qırmızılı” azarkeşlərə görə UEFA-ya müraciət olunub.

“Ümid edirik ki, UEFA rəhbərliyi siyasi motivli bu şikayəti nəzərə almayacaq”, – deyə Özbek qeyd edib.