QafqazNews Demokrat.az-a istinadən xəbər verir ki, Fransanın sabiq baş naziri Dominik de Vilpen 2027-ci ildə keçiriləcək prezident seçkisində namizəd olmaq niyyətindədir.
Siyasətçinin seçki qərargahının bildirdiyinə görə, namizədliyin rəsmi təqdimatı üçün lazım olan 500 seçilmiş vəzifəli şəxsin imzasından təxminən 300-ü artıq toplanıb.
De Vilpen siyasi fəaliyyəti dövründə beynəlxalq məsələlərdə müstəqil mövqe tutub, Fransa və Avropanın böyük dövlətlərinin maraqlarına tabe olmaqdan yayınmağa çalışıb.
Fransada prezident seçkisinin ilk turu 18 aprel 2027-ci ildə keçiriləcək. Ehtiyac yaranacağı təqdirdə, ikinci tur mayın 2-də baş tutacaq. Hazırkı prezident Emmanuel Makron isə seçkidə iştirak edə bilməyəcək. Konstitusiyaya əsasən, dövlət başçısı vəzifəsində ardıcıl iki beşillik müddətdən artıq qalmaq mümkün deyil.