QafqazNews Baku.ws-a istinadən xəbər verir ki, noyabrın 20-də Heydər Əliyev Mərkəzində ali məktəb tələbələrinin qatıldığı “Heydər Əliyev və Azərbaycan tarixi” adlı X ümumrespublika bilik yarışı təşkil olunub.
Prezident İlham Əliyevin gəlini Alyona Əliyeva yarışın mükafatlandırma mərasimində iştirak edib. O, tədbirdən görüntüləri rəsmi “Instagram” hesabında paylaşıb.