QafqazNews Yenisabah.az-a istinadən xəbər verir ki, 2026-cı ilin ilk 10 ayında İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti (DVX) vergi ödəyicilərinə 752 331 xidmət göstərib.
Həmin müddətdə quruma 454 838 müraciət ünvanlanıb. Müraciətlərin qəbulu və icrası zamanı 5 379 vergi ödəyicisinə fərdi xidmət göstərilib. Bundan əlavə, 4 348 vergi ödəyicisinin qatıldığı 318 görüş təşkil olunub.
DVX 10 ay ərzində vergi ödəyicilərinə 18,6 milyon bildiriş göndərib və 22,7 min yazılı müraciətə cavab verib. Həmçinin, 253 774 müraciət əsasında 401 349 “Asan İmza” sertifikatı təqdim edilib.