QafqazNews Manset.az-a istinadən xəbər verir ki, 20 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi təlim-məşq toplanışının ikinci mərhələsini Bakıda davam etdirir. Komanda bu gün hazırlıq çərçivəsində ilk yoldaşlıq matçına çıxacaq.
U-20 millimiz İraqın müvafiq yaş qrupundan olan komandası ilə üz-üzə gələcək. Sumqayıtdakı “SOCAR Polymer Arena”da keçiriləcək görüş saat 19:00-da başlayacaq.
Matç “CBC Sport” telekanalında canlı yayımlanacaq.