QafqazNews Bakupost.az-a istinadən xəbər verir ki, ABŞ Federal Ehtiyat Sisteminin (FES) Klivlend filialının rəhbəri Bet Hemmak güclü iqtisadi artım və qurumun gələcək addımları ilə bağlı gözləntilərin faiz dərəcələrini yüksəltdiyini bildirib.

Hemmak daha sərt pul siyasətinin tərəfdarı olduğunu və iqtisadiyyatın əlavə sərtləşməyə tab gətirə biləcəyini düşündüyünü deyib.

Onun sözlərinə görə, inflyasiya təzyiqləri getdikcə daha çox sektora yayılır. Şirkətlər artan xərcləri qiymətlərə daxil edərək mənfəət marjalarını qorumağa çalışırlar.

Hemmak əmək bazarında ümumi tarazlığın qorunduğunu, bununla belə, sərtləşmənin ilkin əlamətlərinin ortaya çıxa biləcəyini də qeyd edib.