QafqazNews Demokrat.az-a istinadən xəbər verir ki, 1960-cı ildə irəli sürülmüş elmi proqnozda 13 noyabr 2026-cı il bəşəriyyət üçün simvolik “qiyamət günü” kimi göstərilsə də, həmin tarixdə gözlənilən hadisə baş verməyib.
Proqnozun müəllifi avstriyalı alim Haynts fon Förster olub. O, 1960-cı ildə “Science” jurnalında yayımlanan məqaləsində dünya əhalisinin artım meyillərini araşdıraraq gələcək üçün nəticə çıxarıb.
Alimin hesablamasına görə, əhali əvvəlki sürətlə çoxalmağa davam etsəydi, 2026-cı ilin noyabrında Yer kürəsində insanların sayı riyazi mənada sonsuzluğa çatmalı idi. Fon Förster bu tarixi həmin səbəbdən bəşəriyyətin “qiyamət günü” adlandırmışdı.
Sonrakı onilliklər ərzində demoqrafik vəziyyət dəyişib: dünya əhalisinin artım sürəti əvvəlki dövrlərlə müqayisədə xeyli aşağı düşüb. Beləliklə, hesablamanın əsaslandığı artım modeli reallaşmayıb.
Birləşmiş Millətlər Təşkilatının proqnozunda dünya əhalisinin ən yüksək səviyyəyə 2080-ci illərdə çatacağı, daha sonra isə qlobal sayın tədricən azalacağı bildirilir.