QafqazNews Yenisabah.az-a istinadən xəbər verir ki, GTA 6 oyunundakı avtomobil yuma məntəqəsinin reklam lövhəsində türk hamamı mədəniyyətini xatırladan yazı diqqət çəkib.

Noyabrın 19-da oyun həvəskarlarının istifadəsinə verilən GTA 6-nın detalları araşdırılır. Oyundan yayılan görüntülərdən birində lövhədə “Turkish Car Bath” (Türk avtomobil hamamı) ifadəsi görünür.

Reklamda, həmçinin “Come in for intimate Turkish car bath” (Türksayağı avtomobil yumaq üçün içəri keçin) yazılıb. Bu ifadənin türk hamamı ənənəsinə yumorla eyham vurduğu bildirilir. Detal oyunun qeyri-adi məqamlarından biri kimi müzakirə olunur.