QafqazNews Yenisabah.az-a istinadən xəbər verir ki, araşdırmaçı Fatih Çavuş Sultan IV Muradın 102,64 kiloqram ağırlığında daşı çəçələ barmağı ilə qaldırdığını iddia edib. Bu fikir Türkiyədə müzakirələrə səbəb olub.
Topqapı Sarayının Darbhane-i Amirə bölümündə nümayiş etdirilən daşla bağlı yayılan video birmənalı qarşılanmayıb. Bir çoxları iddianın elmi baxımdan sübut edilə bilməyəcəyini və inandırıcı görünmədiyini bildiriblər.
Fatih Çavuş daha sonra yeni video yayımlayıb və “Guinnessin Rekordlar Kitabı”ndakı nümunələrə diqqət çəkib. Onun sözlərinə görə, 2008-ci ildə norveçli bir şəxs çəçələ barmağı ilə 104,4 kiloqramlıq, 2013-cü ildə isə Ermənistan vətəndaşı Suren Aqabekyan həmin barmaqları ilə 110 kiloqramlıq daş qaldırıb.