QafqazNews Baku.ws-a istinadən xəbər verir ki, Azərbaycan Baş naziri Əli Əsədov Gürcüstanın Baş naziri İrakli Kobaxidzeyə başsağlığı məktubu ünvanlayıb.

Nazirlər Kabinetinin yaydığı məlumata görə, Əsədov Tbilisidə yaşayış binasında baş verən partlayış nəticəsində insanların həlak olması və xəsarət alması xəbərini dərin kədərlə qarşılayıb.

Baş nazir məktubunda İrakli Kobaxidzeyə, həmçinin həyatını itirənlərin ailə üzvlərinə və yaxınlarına başsağlığı verib.