QafqazNews Manset.az-a istinadən xəbər verir ki, Yaponiyada xidmət göstərən ABŞ ordusuna aid F-35 qırıcı təyyarəsi ölkənin qərbindəki Koçi hava limanına məcburi qaydada eniş edib.
Koçi prefekturasının rəhbərliyi hadisə barədə açıqlama yayıb və təyyarənin hava limanına təcili endiyini təsdiqləyib. Enişə səbəb olan vəziyyətlə bağlı təfərrüatlar açıqlanmayıb. Bildirilib ki, hadisə zamanı xəsarət alan olmayıb.
ABŞ ordusuna məxsus başqa bir F-35 də 2025-ci ilin martında Yaponiyanın qərbində yerləşən İvakuni hava limanına təcili enmişdi. Təmir və texniki xidmət səbəbindən təyyarə həmin hava limanında 40 gündən çox qalmışdı.