QafqazNews Yenisabah.az-a istinadən xəbər verir ki, “Bank Respublika” ASC-nin İdarə Heyəti sədrinin müavini Elnur Həsənov vəzifəsindən ayrılıb.
Həsənov 2005-ci ildən bankın Maliyyə departamentinə rəhbərlik edib. 2009–2015-ci illərdə İdarə Heyətinin üzvü olan Həsənov 2015-ci ilin dekabrından sədr müavini vəzifəsini tutub. O, pərakəndə bankçılıq, marketinq, informasiya texnologiyaları, biznesin inkişafı və xəzinədarlıq sahələrinə də rəhbərlik edib.
Son kadr dəyişikliklərindən sonra bankın İdarə Heyətində üç nəfər qalıb. Sədr müavini Aslan Abasov sədrin səlahiyyətlərini müvəqqəti icra edir. Anar Həmidov və Tələt Orduyev isə idarə heyətinin üzvləridir.
“Bank Respublika” “AccessBank” QSC-nin səhmlərinin 100 faizini alıb. “Bank Respublika”nın İdarə Heyətinin keçmiş sədri Tariyel İsmayılov “AccessBank”ın İdarə Heyətinin sədri təyin olunub.