QafqazNews Yenisabah.az-a istinadən xəbər verir ki, noyabrın 24-də İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin təşkil etdiyi hərracda 18 nəqliyyat vasitəsi özəlləşdirilib.
Hərrac iştirakçılarının bəzi avtomobillərə marağı onların satış qiymətinin ilkin dəyərdən xeyli yüksəlməsinə səbəb olub. Başlanğıc qiyməti 5 000 manat olan “Nio ET 5” elektromobili 18 000 manata satılıb. İlkin qiyməti 13 000 manat müəyyənləşdirilən “Toyota Camry” isə 18 300 manata alınıb.
Satışa çıxarılıb özəlləşdirilən nəqliyyat vasitələrinin tam siyahısı Əmlak Məsələləri Dövlət Xidmətinin rəsmi saytında yerləşdirilib.
Nəqliyyat vasitələri üzrə növbəti hərracların dekabrın 1-də, 8-də, 15-də və 22-də keçirilməsi nəzərdə tutulur. İştirak etmək istəyənlər “emlak.gov.az” və “auksion.gov.az” portallarında siyahıdan seçim edib qeydiyyatdan keçə bilərlər.