QafqazNews Yeniavaz.com-a istinadən xəbər verir ki, ölkənin ayrı-ayrı ərazilərində küləkli və yağıntılı hava davam edir, bəzi yerlərdə yağıntılar intensivləşib, dağlıq sahələrə qar düşür.

Milli Hidrometeorologiya Xidmətinin məlumatına əsasən, Naxçıvan, Şərur, Şahbuz, Salyan, Neftçala, Lerik, Tovuz, Ağdam, Ağstafa, Hacıqabul, Bərdə, Sabirabad, Zaqatala, Balakən, İsmayıllı, Göyçay, Xaçmaz, Qəbələ, Şəki, Mingəçevir, Oğuz, İmişli, Qobustan, Şamaxı, Ağsu, Kürdəmir, Zərdab, Goranboy, Naftalan, Beyləqan, Tərtər, Yevlax, Gədəbəy, Göygöl, Gəncə, Şəmkir, Bakı və Abşeron yarımadasında yağış yağır.

Kəlbəcər, Qax rayonunun Sarıbaş kəndi, Daşkəsən, Xızı, Qrız, Quba, Qusar və Şahdağda qar müşahidə olunur.

Xidmətin bildirdiyinə görə, bəzi ərazilərdə şimal-qərb küləyi əsir. Küləyin maksimal sürəti Şahdağda 28, Neftçalada 24, Goranboy və Daşkəsəndə 23, Bakı və Abşeron yarımadasında 22, Kəlbəcərdə 20, Culfada 19, Lerik, Şabran və Naftalanda 18, Şirvanda isə saniyədə 15 metrədək çatır.