QafqazNews Demokrat.az-a istinadən xəbər verir ki, elm və təhsil naziri Emin Əmrullayev dekabrın 14-də Cəbrayıl şəhərində vətəndaşlarla görüşəcək.
Nazirliyin məlumatına görə, qəbula Cəbrayıl, Qubadlı və Zəngilan sakinləri qatıla bilərlər. İştirak etmək istəyənlər dekabrın 7-si saat 18:00-dək Elm və Təhsil Nazirliyinin 146-11 nömrəli Çağrı Mərkəzinə zəng edərək qeydiyyatdan keçməlidirlər.
Zənglər yalnız iş günləri və iş saatlarında qəbul olunur. Görüşdə iştirak üçün əvvəlcədən qeydiyyat vacibdir.