QafqazNews Demokrat.az-a istinadən xəbər verir ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Pakistan və Səudiyyə Ərəbistanı ilə imzalanmış qarşılıqlı müdafiə sazişini təsdiqləyib.

Dövlət başçısının bu barədə fərmanı hökumətin “Resmi Gazete” nəşrində yayımlanıb.

Razılaşmada göstərilir ki, iştirakçı ölkələrdən birinə kənardan silahlı hücum digər iki dövlətə də yönəlmiş hücum sayılacaq. Belə vəziyyətdə tərəflər hücuma məruz qalan ölkəyə qarşılıqlı yardım edəcəklər.

Sənəd 2026-cı il avqustun 7-də Məkkədə imzalanıb. Pakistan və Səudiyyə Ərəbistanı ratifikasiya prosesini artıq tamamlayıblar. Saziş son ratifikasiya sənədi birgə müdafiə komitəsinin katibliyinə təqdim edildikdən sonra qüvvəyə minəcək.

Müqavilə üzrə yardımın növü və həcmi hərbi imkanlar, mövcud vəziyyət və BMT Nizamnaməsinin 51-ci maddəsində təsbit olunan özünümüdafiə hüququ nəzərə alınaraq müəyyən ediləcək.

Türkiyə rəsmiləri daha əvvəl sənədin avtomatik qaydada qoşun göndərmək öhdəliyi yaratmadığını bildirmişdilər.