QafqazNews Nocomment.az-a istinadən xəbər verir ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbaycan Prezidenti İlham Əliyevlə görüş zamanı söylədiyi “Şuşa gözləyir bizi” şeirinin müəllifi Əməkdar jurnalist və publisist Vasif Səmədovdur. Ərdoğan şeiri səsləndirərkən müəllifin adını çəkməyib, bu isə onun kimliyi ilə bağlı suallar doğurub.
Vasif Səmədov 1950-ci il yanvarın 22-də Masallı rayonunda dünyaya gəlib. O, uzun müddət jurnalistika sahəsində çalışıb, Əməkdar jurnalist kimi tanınıb və publisistik əsərləri ilə də diqqət çəkib.
Vasif Səmədov Azərbaycan Respublikası Prezidentinin Protokol xidmətinin rəisi Arif Səmədovun atası olub. Əməkdar jurnalist və publisist 2024-cü il aprelin 29-da vəfat edib.
Ərdoğanın səsləndirdiyi şeirdən bir parça:
Dilimizde işlenen
En aziz bir söz gibi,
Canımızı ısındıran
Ocak gibi, köz gibi,
En kokulu güllerle
Demetlenen Şuşamız!