QafqazNews Demokrat.az-a istinadən xəbər verir ki, ev təsərrüfatlarının uçotu zamanı mənzillərdəki kompüter və digər elektron avadanlıqların sayı, həmçinin internetə çıxış imkanları barədə məlumat qeydə alınacaq.
Kompüter, notbuk və ya planşetin olduğu evlərdə həmin cihazların növü və sayı göstəriləcək. İnternet bağlantısının hansı üsulla təmin edildiyi də uçota daxil ediləcək.
Telefon, kabel televiziyası və ya optik kabel xətti ilə provayder vasitəsilə qoşulan evlər üçün “sabit çıxış”, mobil telefon, data kartı və ya USB modemlə internetə bağlananlar üçün isə “simsiz çıxış” qeydi aparılacaq.
Bu qaydalar 2027-ci il yanvarın 1-dən tətbiq ediləcək.