QafqazNews Konkret.az-a istinadən xəbər verir ki, Prezident İlham Əliyevin gəlini Alyona Əliyeva uşaq evinə baş çəkib.
O, ziyarətlə bağlı rəsmi “Instagram” hesabında paylaşım edib. Əliyeva qeyd edib ki, uşaqlarla səmimi və xoş görüş keçirilib, onlar üçün şənlik təşkil olunub və əyləncəli oyunlar oynanılıb. Paylaşımda birlikdə sevinc dolu, unudulmaz anlar yaşandığı da bildirilib.