QafqazNews Manset.az-a istinadən xəbər verir ki, ABŞ-ın təkmilləşdirilmiş F-15EX qırıcıları Yaponiyanın cənubundakı Okinava adasında yerləşən Kadena aviabazasına gətirilib.

Yaponiya ictimai televiziyasının yaydığı məlumata görə, modernləşdirilmiş təyyarələr ilk dəfə ABŞ hüdudlarından kənarda yerləşən hərbi bazada xidmətə başlayıb.

Əvvəlki məlumatlarda yaxın bir neçə il ərzində Okinavaya bu tip 36 qırıcının göndərilməsinin nəzərdə tutulduğu bildirilirdi.

Dördüncü nəsil F-15EX təyyarəsi 13,3 tona qədər faydalı yük daşıya bilir. Bu göstərici bəzi bombardmançı təyyarələrin yük tutumundan yüksəkdir.