QafqazNews Yeniavaz.com-a istinadən xəbər verir ki, ABŞ-nin Florida ştatında ilin əvvəlindən indiyədək 20 nəfər edam olunub. Bu, ştat üçün rekord göstəricidir.
Edam edilən sonuncu şəxs 1991-ci ildə evli cütlüyü öldürməkdə təqsirli bilinmiş 71 yaşlı Tomas Mitçell Overton olub.
2025-ci ildə Floridada 19 edam həyata keçirilib. Ştatda ilk edam 1979-cu ildə baş tutub.
Hazırda Florida ABŞ ştatları arasında ən çox edamın qeydə alındığı yerdir. Dekabrın sonuna qədər burada azı iki edamın da həyata keçirilməsi gözlənilir.
Edamların sayına görə ABŞ-də ikinci yerdə olan Texasda bu rəqəm doqquzdur.