QafqazNews Manset.az-a istinadən xəbər verir ki, ABŞ Federal Təhqiqatlar Bürosu (FTB) kiberhücumları avtomatlaşdırmaq üçün istifadə olunan ARTEX adlı açıq mənbəli süni intellekt aləti ilə bağlı xəbərdarlıq yayıb.
FTB-nin məlumatına əsasən, avqust ayından başlayaraq bir sıra zərərli niyyətli kibertəhlükə qrupları ARTEX vasitəsilə dünyanın müxtəlif ölkələrindəki təşkilatlara qarşı hücum kampaniyaları aparıb.
Hədəflər sırasında maliyyə xidmətləri, dövlət idarəçiliyi, texnologiya, müdafiə sənayesi, yarımkeçiricilər, enerji, səhiyyə, istehsal, telekommunikasiya və hüquq sahələrində çalışan qurumlar olub.
Xəbərdarlıqda qeyd edilir ki, süni intellektə əsaslanan alət zərərli niyyətli şəxslərə hücumları daha sürətlə həyata keçirməyə şərait yarada bilər.
FTB-nin sənədində bildirilir: “ARTEX hücum üsullarını əlaqələndirmək üçün tələb olunan vaxtı əhəmiyyətli dərəcədə azaldır. Bəzi sistemlərə qanunsuz daxilolma cəhdləri ilkin hədəfləmədən imtiyazlı giriş əldə edilməsinədək üç saatdan az müddətdə başa çatır”.