QafqazNews Bakupost.az-a istinadən xəbər verir ki, “Azimut” aviaşirkətinin Türkiyəyə uçan təyyarəsində bomba təhlükəsi barədə məlumat daxil olub.

Mineralnıye Vodı-Antalya marşrutu ilə hərəkət edən təyyarə Türkiyə hava məkanında olarkən göyərtədə bomba olduğu barədə siqnal alınıb.

Reysdə 65 sərnişin və dörd ekipaj üzvü olub. Təyyarə Antalya hava limanına enəndən sonra təhlükəsiz zonaya aparılacaq, orada müvafiq yoxlamaları təhlükəsizlik xidməti əməkdaşları keçirəcək.