QafqazNews Patrulaz.az-a istinadən xəbər verir ki, Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyinin rəis müavini, polkovnik Füzuli İmrəliyevə general-mayor rütbəsi verilib.
İmrəliyev Vətən müharibəsi dövründə Daxili Qoşunların “Kobra” Xüsusi Təyinatlı Dəstəsinə rəhbərlik edib. O, Hadrut və Şuşa istiqamətlərindəki döyüşlərdə iştirak edib, Daşaltı əməliyyatı zamanı isə yaralanıb.
Prezident İlham Əliyevin 2020-ci il dekabrın 9-da imzaladığı sərəncamla Füzuli İmrəliyev “Vətən Müharibəsi Qəhrəmanı” fəxri adına layiq görülüb.