QafqazNews Baku.ws-a istinadən xəbər verir ki, 13 illik fasilədən sonra təqdim edilən “Grand Theft Auto 6” (GTA 6) əyləncə sənayesi tarixində ən böyük açılış göstəricisinə nail olub.

“Sensor Tower” analitik platformasının məlumatına əsasən, oyun ilk satış günündə 24,5 milyondan artıq nüsxə sataraq təqribən 2,36 milyard dollar gəlir əldə edib.

Müqayisə üçün, bu ilin ən çox gəlir qazanan filmi “Spider-Man: Brand New Day” kinoteatrlardakı nümayişləri boyunca ümumilikdə 2,5 milyard dollar kassa gəliri toplayıb.

Oyunun istehsalçısı “Rockstar” və onun əsas şirkəti “Take-Two” satışların rəsmi sayını açıqlamayıb. Bununla belə, şirkətlər tələbatın “görünməmiş həddə” çatdığını bildiriblər.

Göstərici GTA 6-nı tarixdə ən çox gəlir gətirən əyləncə layihələri sırasına daxil etsə də, inflyasiya hesablandıqda oyun 1939-cu ildə çəkilmiş “Gone with the Wind” filminin nəticəsini üstələyə bilməyib. Həmin filmin gəliri indiki dəyərlə təxminən 4,5 milyard dollar təşkil edir.

Hazırlanma büdcəsinin 1 milyard dolları keçdiyi ehtimal edilən GTA 6, eyni zamanda, tarixdə istehsalı ən çox xərc tələb edən videooyun sayılır.