QafqazNews Nocomment.az-a istinadən xəbər verir ki, “Kurtlar vadisi” serialında Polat Alemdarı canlandıran türkiyəli aktyor Necati Şaşmaz uzun fasilədən sonra ictimai tədbirdə görünüb.

Şaşmaz Türkiyənin milli təhsil naziri Yusuf Tekinin qızının toyunda iştirak edib. Nihan Elif Tekin və Mehmet Kılıç noyabrın 18-də Ankaradakı ATO Congresium-da keçirilən mərasimdə ailə qurublar. Toya siyasət, idman və biznes sahələrindən tanınmış şəxslər qatılıb.

Mərasimdə çəkilmiş fotolarda Türkiyənin “Fənərbağça” klubunun keçmiş prezidenti Ali Koç, Necati Şaşmaz və MHP sədri Devlet Bahçelinin baş müşaviri Eyüp Yıldız eyni görüntüdə yer alıblar.

Uzun müddətdir mediadan kənarda qalan aktyorun yeni fotoları sosial şəbəkələrdə maraq doğurub. Şaşmazın əvvəlki görüntüləri ilə müqayisədə xeyli kökəldiyi diqqət çəkib.

Necati Şaşmaz “Kurtlar vadisi”ndəki Polat Alemdar obrazı ilə Türkiyə və Azərbaycanda geniş tamaşaçı auditoriyasının rəğbətini qazanıb.