QafqazNews Demokrat.az-a istinadən xəbər verir ki, Günəşdə partlayışların yüksək intensivliyi davam edir. Ötən şənbə və bazar günlərində 57 belə hadisə qeydə alınıb, noyabrın 9-da isə günün ilk səkkiz saatında daha 10 partlayış baş verib.
Bu barədə Rusiya Elmlər Akademiyasının Kosmik Tədqiqatlar İnstitutunun Günəş Astronomiyası Laboratoriyası məlumat yayıb. Qurumun məlumatına əsasən, noyabrın 7-də 29, ertəsi gün isə 28 partlayış müşahidə olunub. Şənbə günü qeydə alınan göstərici XXI əsrdəki rekord nəticələrdən birini təkrarlayıb.
Alimlərin bildirdiyinə görə, noyabrın 9-da da hadisələr eyni sürətlə qeydə alınır. İlk səkkiz saatdakı 10 partlayış gün ərzində sayın 30-a yüksələ biləcəyinə işarə edir.
Bütün partlayışlar Günəşin Yerə baxan tərəfində yerləşən 4566 nömrəli aktiv bölgədə baş verir. Mütəxəssislər yaxın günlərdə də Günəş aktivliyinin davam etməsi ehtimalını istisna etmirlər.