QafqazNews Demokrat.az-a istinadən xəbər verir ki, Azərbaycan və Türkiyə müdafiə sənayesi texnologiyaları üzrə mütəxəssis hazırlığını gücləndirmək üçün əməkdaşlığı genişləndirməyi planlaşdırır.
Türkiyə Ali Təhsil Şurasının (YÖK) sədri Erol Özvarın açıqlamasına görə, iki ölkə müdafiə sənayesində kadr hazırlığını inkişaf etdirmək məqsədilə ortaq doktorantura proqramları həyata keçirəcək.
Planlara tələbə və müəllimlərin qarşılıqlı mübadiləsi, birgə elmi araşdırmalar, gənc alimlərin yetişdirilməsi, eləcə də Türkiyə-Azərbaycan Universitetinin fəaliyyət dairəsinin genişləndirilməsi daxildir.
Yeni təşəbbüslərin müdafiə sənayesi texnologiyaları sahəsində ixtisaslı mütəxəssis ehtiyatının artırılmasına dəstək verəcəyi gözlənilir.