QafqazNews Manset.az-a istinadən xəbər verir ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Qarabağda genişmiqyaslı quruculuq və dirçəldilmə işlərinin aparıldığını bildirib.

Ərdoğan bu fikirləri Nazirlər Kabinetinin iclasından sonra təşkil etdiyi mətbuat konfransında səsləndirib. O, Azərbaycanın işğaldan azad etdiyi ərazilərdə görülən bərpa və tikinti işlərinə toxunub.

Türkiyə liderinin sözlərinə görə, hazırda Qarabağın bütün bölgələrində sülh küləkləri əsir. O, Türkiyənin Azərbaycana hər cür dəstək verdiyini qeyd edib.

Ərdoğan Qarabağın azadlığı uğrunda şəhid olanlara Allahdan rəhmət diləyib.