QafqazNews Konkret.az-a istinadən xəbər verir ki, amerikalı milyarder İlon Mask gələcəkdə neyrotexnologiyaların iflic şəxslərin hərəkət qabiliyyətini bərpa edə biləcəyini bildirib.
Mask bu fikri “X” sosial şəbəkəsindəki paylaşımında səsləndirib. Onun sözlərinə görə, “gələcək illərdə Neuralink iflic insanların yenidən yeriməsinə və əllərindən istifadə etməsinə imkan verəcək”.
İlon Maskın 2016-cı ilin iyulunda yaratdığı Neuralink şirkəti insan beyninə yerləşdirilmək üçün neyroçiplər üzərində işləyir. Şirkət beyin-kompüter interfeysindən istifadə edərək insanların kompüterləri düşüncə ilə idarə edə bilməsini hədəfləyir.
Maskın fikrincə, bu texnologiyalar insan orqanizminin imkanlarını artırmaqla yanaşı, süni intellektin inkişaf etdiyi dövrdə yeni imkanlar aça bilər.
Açıq mənbələrdə Neuralink cihazlarının implantasiya olunduğu 10 pasiyent haqqında məlumat yer alır.