QafqazNews Bakupost.az-a istinadən xəbər verir ki, Rusiya ordusunun istefada olan general-polkovniki Leonid İvaşov Ukraynaya qarşı genişmiqyaslı müharibəyə başladığına görə Vladimir Putini kəskin tənqid edib və hərbi əməliyyatların dərhal dayandırılmasını tələb edib.
İvaşov bu fikirləri rusiyalı bloger Pavel İvanovla canlı yayımda bölüşüb. O bildirib ki, Kremlin asanlıqla başa çatacağını vəd etdiyi hərbi əməliyyat tam uğursuzluğa uğrayıb.
“Sən artıq məğlub olmusan. Hadisələrin gedişini əvvəlcədən görə bilmədin. Bu müharibədə asan qələbənin mümkün olmayacağını dərk etməyə ağlın çatmadı. Döyüşlərin davam etməsi Rusiyanı tamamilə hərbiləşdirir, iqtisadiyyatdan təhsilə və mədəniyyətə qədər mülki sahələrdə isə dərin durğunluğa sürükləyir. Bir nəfərin siyasi varlığını qorumaq üçün müharibəni uzatmaq ölkənin gələcəyini məhv edir”, – general-polkovnik deyib.