QafqazNews Bakupost.az-a istinadən xəbər verir ki, aktyor Elşad Süleymanın ailəsində əkiz uşaqlar dünyaya gəlib. Bununla onun övladlarının sayı dördə çatıb.
Elşad Süleyman Azərbaycan Dövlət Akademik Rus Dram Teatrında çalışır. Tamaşaçılar onu “Vicdan haqqı” serialında Fuad obrazını canlandırması ilə tanıyır.
Aktyor 2019-cu ildə ailə qurub.