QafqazNews Baku.ws-a istinadən xəbər verir ki, Hacıqabul rayonu ərazisindən keçən Bakı-Qazax avtomobil yolunun asfalt örtüyünün vəziyyəti ilə bağlı sosial şəbəkələrdə görüntülər yayılıb.

Məsələ ilə bağlı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən (AAYDA) bildirilib ki, hazırda yolun Bakı istiqamətində bir neçə hissəsində cari təmir işləri görülür. Yolun istismar vəziyyətinin yaxşılaşdırılması üçün təmir tədbirlərinin digər sahələrdə də mərhələli qaydada davam etdirilməsi nəzərdə tutulur.

Qurumun mətbuat xidmətinin məlumatına əsasən, investisiya proqramı çərçivəsində həmin avtomobil yolunun əsaslı təmiri də planlaşdırılır.