QafqazNews Demokrat.az-a istinadən xəbər verir ki, bəzi insanlar ilk tanışlıqda məsafəli təsir bağışlasalar da, bu davranış hər zaman laqeydlik anlamına gəlmir. Bəzən bunun səbəbi hissləri qorumaq istəyidir.

Astroloq Debbie Stapletonun bürclər barədə təsvirlərində duyğularını asanlıqla nümayiş etdirməyənlər arasında üç bürc göstərilir.

Oğlaq hisslərinə nəzarət etməyə çalışır və tez açılmır. İnciməmək üçün başqaları ilə arada məsafə saxlaya bilər.

Dolça şəxsi məkanına və azadlığına dəyər verir. Duyğularını açıq göstərməkdənsə, onları daxilində yaşamağa üstünlük verə bilər.

Əqrəb dərin hisslər keçirsə də, onları asanlıqla üzə çıxarmır. Güvən yaranmayınca özünü açmır, davranışlarında isə sirli görünə bilər.