QafqazNews Baku.ws-ə istinadən xəbər verir ki, işğaldan azad edilmiş ərazilərdə noyabrın 2-dən 15-dək minatəmizləmə əməliyyatlarının nəticələri açıqlanıb.
Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin (ANAMA) məlumatına əsasən, əməliyyatlar zamanı 152 piyada əleyhinə və 33 tank əleyhinə mina, həmçinin 1343 partlamamış hərbi sursat (PHS) aşkar edilib.
Həmin dövrdə ümumilikdə 1459,5 hektar ərazi mina və PHS-lərdən təmizlənib.