QafqazNews Baku.ws-a istinadən xəbər verir ki, Azərbaycan Prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsi Elçin Əmirbəyovla Litvanın xarici işlər naziri Kestutis Budris Vilnüsdə görüş keçiriblər. Tərəflər ikitərəfli əməkdaşlığın inkişaf imkanlarını müzakirə ediblər.
Litvanın dövlət rəsmisi görüş barədə “X” sosial şəbəkəsindəki hesabında paylaşım edib. Budris yazıb ki, Litva və Azərbaycan energetika, ticarət, insanlararası əlaqələr, eləcə də Cənubi Qafqazda sülh və rifahın təmin olunması daxil olmaqla, qarşılıqlı maraq doğuran sahələrdə inamla irəliləyirlər.