QafqazNews Yeniavaz.com-a istinadən xəbər verir ki, noyabrın 6-da Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Cəbrayıl rayonunun Soltanlı kəndində görülən işlərin birinci mərhələsinin açılışına qatılıblar.

Onlar həmin gün Cəbrayıl rayonunda fəaliyyət göstərəcək “Sunbeverage” MMC-nin alkoqolsuz içki istehsalı müəssisəsinin açılışında da iştirak ediblər.