QafqazNews Nocomment.az-a istinadən xəbər verir ki, ikinci “Yüksəliş” müsabiqəsinin qalibi İlyas İsmayıllı Özbəkistanda yeni vəzifəyə təyin olunub.

O, “AzerGold Uzbekistan” xarici investisiyalı MMC-nin baş direktoru vəzifəsini tutacaq.

1989-cu ildə anadan olan İlyas İsmayıllı Bakı Dövlət Universitetində hüquqşünaslıq üzrə bakalavr, kommersiya hüququ üzrə magistr təhsili alıb. O, “Expo-2020”də əməliyyatlar üzrə menecer kimi çalışıb.