QafqazNews Yenisabah.az-a istinadən xəbər verir ki, “Nvidia”nın baş direktoru Censen Huanqı əvəz edə biləcək namizədlər arasında Hindistan əsilli üç texnologiya rəhbəri yer alır.
Mümkün namizədlər “Micron Technology”nin rəhbəri Sanjay Mehrotra, “Palo Alto Networks”ün baş direktoru Nikeş Arora və “Google Cloud”a rəhbərlik edən Tomas Kuriandır. Hər üçü Hindistanda doğulub, daha sonra ABŞ-ın texnologiya sektorunda fəaliyyət göstərib.
Mehrotra 2017-ci ildən “Micron Technology”yə rəhbərlik edir. O, daha əvvəl məlumat saxlama sahəsində çalışan “SanDisk” şirkətinin həmtəsisçisi olub. Arora 2018-ci ildən “Palo Alto Networks”ün baş direktorudur və kibertəhlükəsizlik, eləcə də süni intellekt istiqamətlərinə cavabdehdir. Kurian isə “Google Cloud”un bulud infrastrukturu və süni intellekt xidmətlərinə nəzarət edir.
“Nvidia”nın direktorlar şurasının Huanqla bağlı araşdırmaya başladığı bildirilir. Huanq Çinə casusluqda şübhəli bilinən qadınla romantik münasibət yaşadığını etiraf edib. Çin Xarici İşlər Nazirliyi həmin qadının Çin kəşfiyyatında işləməsi barədə iddiaları “böhtan” adlandırıb.