QafqazNews Oxu.az-a istinadən xəbər verir ki, İndoneziyanın Maluku əyalətindəki adaların yaxınlığında 7,1 maqnitudalı zəlzələ qeydə alınıb. Yerli seysmoloji xidmətin məlumatına görə, təkanların mərkəzi Aru adasının cənub-qərbində yerləşib.

Zəlzələ ölkənin bəzi ərazilərində hiss edilib. Dağıntı və xəsarət alanlarla bağlı məlumat yayılmayıb, sunami xəbərdarlığı verilməyib.