QafqazNews Manset.az-a istinadən xəbər verir ki, İordaniya kraliçası Raniya illərdir davam edən bel ağrılarının müalicəsi üçün İspaniyaya səfər edib.

Kral II Abdullahın həyat yoldaşı olan 56 yaşlı kraliça səfərini ictimaiyyətdən gizli saxlamağa çalışıb. Buna baxmayaraq, Madrid paparassiləri onun şəhərdə olduğunu qeydə alıblar.

Raniya Madridin “Ruber Internacional” xəstəxanasında həkimlərə müraciət edərək müalicə alıb. Kraliça geyim tərzi və dəyişməyən görünüşü ilə də diqqət çəkir. Onun dörd övladı, bir gəlini, bir kürəkəni və üç nəvəsi var.