QafqazNews Baku.ws-a istinadən xəbər verir ki, İqtisadiyyat Nazirliyinin kollektivi Zəfər Günü münasibətilə Zəfər Tağı abidəsinə baş çəkib. Ərazi bütövlüyü və suverenlik uğrunda həyatını itirən şəhidlərin xatirəsi ehtiramla yad olunub, abidə önünə əklil və gül dəstələri düzülüb.

Zəfər Günü Prezident İlham Əliyevin 2020-ci il dekabrın 3-də imzaladığı sərəncamla təsis edilib.

“Zəfər Bayramımız mübarək!”